Moskva Arbitraj Məhkəməsi Rusiya Mərkəzi Bankının müraciətinə əsasən, «Master- bank»-la bağlı məsələyə baxıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, məhkəmə «Master -Bank»ı müflis olunduğunu elan edib. Mənbə xatırladıb ki, bu maliyyə qurumu əvvəllər «şübhəli bank əməliyyatlarına görə» lisenziyadan məhrum edilib.
Mərkəzi Bank qeyd edib ki, «Master bank»ın müflisləşsə də mülkiyyətinin kreditorlar qarşısında götürdüyü öhdəliyi ödəməyə yetərli deyil.
Müflisləşmiş bankın müvəqqəti təmsilçisi məhkəmədə bildirib ki, bankın öhdəliyi 510 milyon dollara yaxındır, bu isə onun əmlakının qiymətindən artıqdır.