Rusiyalılar ölkənin iqtisadi böhranla üzləşəcəyi qənaətindədir
05 fevral 2014 07:04 (UTC +04:00)

Rusiyalılar ölkənin iqtisadi böhranla üzləşəcəyi qənaətindədir

Rusiya vətəndaşlarının hesab edir ki, 3/1-i (31 faizi) yaxın gələcəkdə ölkədə iqtisadi böhran olacaq.

Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, daha çox moskvalılar bu qənaətdədir.

 

Yanvarın 25 - 26-da ölkənin 43 subyektində 1500 vətəndaş arasında aparılan sorğuda respondentlərin 34 faizi Rusiyanın iqtisadi böhranla üzləşəcəyini bildirib. Bu qənaət daha çox 46-60 yaş arasında olanlar(41 faiz), aylıq gəlir 4000-6000 rubl olanlar (40 faiz), əhalisinin sayı bir milyonadək olan şəhərlilər (42 faiz)  üçün səciyyəvi olub.

 

Moskvalıların 46 faizi ölkəni yaxın zamanda iqtisadi böhranın gözləyəcəyini bildirib. Onların 30 faizinin  yaş həddi 18- 30 arasında olub. Rəyi soruşulan paytaxt sakinlərinin 36 faizi ali təhsillidir. Onların 36 faizinin aylıq gəliri 20 min rubldan artıqdır.

Respondentlərin 28 faizi son zamanlar iqtisadi çətinliklə üzləşdiklərini, «vacib malları almaq üçün pul çatmadığını», «ərzaq məhsullarının bahalandığını», «iş yerlərinin ixtisar edildiyini, işin azaldığını» bildiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593
avatar

Oxşar yazılar