Xarkov vilayətinin qubernatoru Mixail Dobkin və şəhərin meri Gennadi Kernes fevralın 22-də Regionlar Partiyasının qurultayından sonra istefa verərək, Rusiyaya getmişdi.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onlar bir gün sonra Ukraynaya qayıdıblar.
M.Dobkin şəhər şurasında jurnalistlərə növbədənkənar prezident seçkisinə namizəd kimi qatılacağını deyib.
«Rusdillilərin haqqının tapdandığı bir vaxtda prezidentlik uğurunda mübarizə aparmaq qərarına gəlmişə. Mən xaosla üz-üzə qalan, onlara basqın edənlərin maraqlarını qorumağa hazıram» - deyə, qubernator vurğulayıb.