Rusiyadan  Litvaya donuz əti qadağası
26 yanvar 2014 07:43 (UTC +04:00)

Rusiyadan  Litvaya donuz əti qadağası

Rusiya Litvadan donuz ətinin gətirilməsini yasaqlayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Rusiya Kənd Təsərrüfatı nəzarəti qurumu başçısını köməkçisi Aleksey Alekseenko deyib: «Yanvarın 25-dən Litva ərazisindən donuz əti, donuz əti məhsulları və diri donuz gətirilməsi yasaqlanıb».

 

Onun sözlərinə əsasən, Gömrük Birliyinə üzv olduğundan eyni qərarı yanvarın 25-dən sinxron olaraq, Belorus da qəbul edib.

 

Köməkçi bildirib ki, Gömrük Birliyinə üzv dövlətlərin baytarlıq xidməti ilə məsləhətləşmə aparılacaq.

 

«Gömrük Birliyi ərazisinə donuz ətinin bütün Avropa Birliyindən gətirilməsi də yasaqlana bilər, bu haqda qərar gələn həftə qəbul olunacaq»  -deyə, o, söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 887
avatar

Oxşar yazılar