Rusiyanın Krasnodar diyarında Yəhudi icması mərkəzinin binası yeni ilqabağı təhqir edilib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, mərkəzin divarına qırmaqdan donuz kəlləsi asılıb. Bundan başqa mərkəzin binasının divarına ingilis dilində «Happy Tu B'Shevat! Jewish pigs!» («Xoş Tu bi-Şvata, yəhudi donuzları») yazılıb.
Tu bi-Şvat –yəhudilərin Yeni il ağacının bayramıdır. Ötən bu il bu bayram yanvarın 26-da qeyd edilib. 2014-cü ildə isə yanvarın 16-də keçiriləcək. Bu tarixdən sonra yetişən bitkilər yeni il meyvəsi sayılır.
Həmin gün yəhudilər ağac əkir, 30-dək çeşidli meyvəni dadır. Bayram tədbirində süfrəyə mütləq şəkildə buğda, arpa, üzüm, əncir, nar, zeytun və püstə qoyulmalıdır.