Rusiya Dövlət Duması separatçılığa çağırışın cinayət olması haqda qanun layihəsini birinci oxunuşda qəbul edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, qanun layihəsinin müəllifi Rusiya Kommunist Partiyasıdır.
Sənədə əsasən, bu cinayətdə ittiham olunanlara 5 ilədək azadlıqdan məhrum ediləcək. Deputatlar Cinayət məcəlləsindəki uyğun maddəyə 300 min rubl cərimə və ya iki ilədək həbs, yaxud 300 saatadək məcburi iş, ya da 4 ilədək azadlıqdan məhrumetmə təkliflərini irləi sürüb.
Duma üzləri Kütləvi İnformasiya Vasitələri və ya internetdə separatçılığa çağırış edənlərin 480 saatadək məcburi əmək, yaxud 4 ilədək azadlıqdan məhrum edilməsini təklif ediblər.