Yanvarın 19-da Zabaykalda daş kömur daşıyan qatarın 11 vaqonu relsdən çıxıb.
Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, olay nəticəsində xəsarət alan olmayıb.
Mənbənin bildirdiyinə əsasən, Zabaykal dəmiryolunun Ksenevsk-Kislıy Klyuç hissəsində qatarın relsdən çıxması ilə əlaqədar hərəkət dayandırılıb. Bir sıra sərnişin reysləri təxirə salınıb.
Hadisənin səbəbləri araşdırılır.