Sverdlovsk vilayətinin Kamensk –Uralsk stansiyasında dəmiryolundan 4 vaqon-sistern relsdən çıxıb. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, onlardan birində qaz kondensantı olub. Həmin sistern yansa da, hələlik xəsarət alanın olmadığı bildirilib.
Olay yerinə 10 texnika, 30 yanğınsöndürən avtomobil və xilasedicilər cəlb edilib.