Rusiyanın Moskva vilayətində keçirilən xüsusi əməliyyat zamanı 189 kq heroin ələ keçirilib.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, narkobaronlar Dolqoprudnı şəhərində gətirilmiş 189 kq heroinin “qara bazar”da parakəndə satışından 180 milyon dollar gəlir əldə edəcəkmişlər.
Rusiya Qanunsuz Narkotik Dövriyyəsinə Nəzarət Xidmətinin rəhbəri Viktor İvanov deyib ki, hərəsində 1 kiloqram olmaqla 187 paketə yerləşdirilmiş heroinin xüsusi təlim görmüş itlər tərəfindən aşkarlanmaması üçün paketlərə emal olunmuş it yağı sürtülüb. Heroin ağ turp yükünün içərisində gizlədilib. Müqavilədə dəyəri 40 milyon dollar göstərilən ağ turp Özbəkistanın Daşkənd vilayətində qeydiyyatdan keçmiş firma tərəfindən Rusiyanın Orenburq şəhərində qeydiyyatdan keçmiş “Vosxod” firmasına göndərilibmiş.