Rusiya Yunanıstana satdığı qazı ucuzlaşdırır
31 yanvar 2014 21:13 (UTC +04:00)

Rusiya Yunanıstana satdığı qazı ucuzlaşdırır

«Qazprom eksport» Yunanıstanla təbii qaz tədarükünün müqavilə şərtlərinin dəyişdirilməsi  haqda prinsipial razılığa gəlib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Rusiya Qaz İnformasiya Agentliyi bildirib ki, müqavilə formal təsdiqlənmə prosesi mərhələsindədir.

 

Mənbə xatırladıb ki, Rusiya  hazırda Yunanıstana təbii qazın min kub metrini 460 dollara satır. Yeni müqavilə layihəsində isə bu 400 dollar göstərilib.

 

Tərəflər müqavilənin icra müddətinin də uzadılması ilə bağlı razılığa gəlib. Mövcud müqavilənin müddəti 2016-cı ildə bitir.

 

2013-cü ildə «Qazprom» Yunanıstana 2,63 milyard kub metr qaz tədarük edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527
avatar

Oxşar yazılar