«Rusiya Viktor Yanukoviçi hələ də qanuni prezident sayır». Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Rusiya Dövlət Dumasının MDB, avrointeqrasiya və həmvətənlərlə iş üzrə komitənin sədri Leonid Slutski bu haqda bəyanat verib.
«Biz hesab edirik ki, Yanukoviç legitim prezidentdir. O, 2004-cü il Ana Yasasının bərpası haqda qərarı imzalamayıb. Deməli Ali Radanın qəbul etdiyi bütün qərarlar sual altındadır»-deyə, Slutski Simferopolda bildirib.
O, əlavə edib ki, Moskva Ukrayna müxalifətindən 2014-cü il fevralın 21-də əldə edilmiş razılaşmaya əməl etməyi istəyir: «Fikrimcə səsimiz eşidiləcək».