Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə rusiyalı həmkarı Dimitri Medvedev arasında görüş baş tutub. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu, 2008-ci ildə iki ölkə arasında gərginləşən münasibətlərdən sonra hökumət başçılarının ilk görüşü olub.
Görüşün qısa müddətli olduğu bildirilir. İvanişvili-Medvedev görüşündə bu ilin martında Gürcüstanda birgə iqtisadi forumun keçirilməsi razılaşdırılıb.