«Rusiya Ukraynanın təbii qazla bağlı artan borcundan rahatsızdır».
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. O, qarşı tərəfin müqavilədə nəzərdə tutulan bütün maddələri yerinə yetirəcəyinə Moskvanın ümid etdiyini bildirib.
««Qazprom» artıq bəyan edib ki, borc çox sürətlə artır. Biz ukraynalıların müqaviləni yerinə yetirəcəyinə əminik»-deyə, Peskov vurğulayıb.
Ukraynaya Rusiyanın edəcəyi maliyyə yardımı ilə bağlı məsələyə mətbuat katibi prezident Vladimir Putinin sözləri ilə cavab verib: «Rusiya çətin vəziyyətə düşmüş Ukrayna xalqına yardım etmək məsələsinə yenidən baxmaq niyyətində deyil. Ancaq bunun üçün Moskva yeni hökumətin əvvəllər elan olunmuş siyasi kursa nə dərəcədə sədaqətli qalacağını açıqlamalıdır».
Onun sözlərinə görə, Rusiya Kiyevin həmin vəsaiti sərf edəcəyi məqsəd bilinməlidir.