Rusiya Suriyaya hərbi gəmi göndərir
30 dekabr 2012 23:49 (UTC +04:00)

Rusiya Suriyaya hərbi gəmi göndərir

Rusiya Qara dəniz Donanmasının «Novoçerkassk» desant gəmisi Novorossiysk limanından Suriyanın Tartus limanına yola düşüb.

 

Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, yaxın günlərdə gəmi bir neçə dəniz piyada takımı və döyüş texnikası qəbul edib.

 

Yanvarın birində «Novoçerkassk»-ın Egey dənizinə çıxaraq, Rusiya Qara dəniz donanması döyüş gəmilərinin dəstələri ilə görüşəcəyi gözlənilir.

 

Tartus Rusiyanın keçmiş SSRİ-dən qalma yeganə xarici hərbi bazasıdır.

 

Mənbənin bildirdiyinə əsasən, bir müddət öncə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirmişdi ki, Moskva Suriyadakı vətəndaşlarının köçürülməsi planını hazırlayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1640

Oxşar yazılar