Rusiya rəsmiləri Umarovun öldüyünü təsdiqləmir
17 yanvar 2014 01:29 (UTC +04:00)

Rusiya rəsmiləri Umarovun öldüyünü təsdiqləmir

Rusiyanı xüsusi xidmət orqanları çeçen yaraqlılarının başçısı Doku Umarovun öldürülməsi haqda xəbəri təsdiqləməyib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, xüsusi xidmət qurumundan bildirilib: «Biz Doku Umarovun məhv edilməsini təsdiqləyə bilmərik. Belə bir məlumata malik deyilik».

 

Çeçenistanın başçısı Ramzan Kadırov isə onun «öldüyünü» israr edir.

 

«Cəsədi tapmasaq da onun məhv edilməsi ilə bağlı sübutumuz var. Fikrimcə, meyiti də tapacağıq. Əgər cəsəd yoxdursa, biz onu mütləq meyit edəcəyik. O, məhv olmuş şeytandır» -deyə, Kadırov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 917
avatar

Oxşar yazılar