Rusiya NATO-nun yardımından imtina edib
29 yanvar 2014 06:10 (UTC +04:00)

Rusiya NATO-nun yardımından imtina edib

Bir müddət öncə Soçi olimpiadasında təhlükəsizliyin birgə təmin olunması üçün NATO Rusiyaya əməkdaşlıq təklifi etmişdi.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Rusiyanın xarici işlə naziri Sergey Lavrov bildirib ki, Soçidəki oyunların təhlükəsizliyin təmin olunması üçün ölkəsinin NATO-ya ehtiyacı yoxdur.

 

«Soçi olimpiadasına biz ona görə toxunmadıq ki, NATO beynəlxalq təşkilat kimi bu yarışlarla bağlı əməkdaşlığın təminin də iştirak etmir» -deyə, rusiyalı nazir söyləyib.

 

Diplomat vurğulayıb, bir neçə həftə öncə təhlükəsizliyin təmini ilə bağlı Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyi altında yaradılmış qərargahda bir çox dövlətlərin təmsilçiləri fəaliyyət göstərir.

 

«NATO-ya üzv dövlətlərin çoxu bu qərargahda təmsil olunur. Odur ki, NATO-nun bu prosesdə təşkilat kimi iştirakına ehtiyac duyulmur»- deyə, Lavrov vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640
avatar

Oxşar yazılar