Fevralın 8-də Rusiya müxalifətinin liderlərindən Aleksey Navalnı başçılıq etdiyi «Xalq Birliyi» Partiyasının («Narodnıy Alyans») adının dəyişdirildiyini bildirib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Navlnı «tfitter» səhifəsində bu haqda belə yazıb: «partiyanın adını dəyişdirilməsi ilə bağlı nizamnamədə dəyişiklik haqda qurultay qərar qəbul edib. Bundan sonra biz «Tərəqqi Partiyası» («Partiya Proqress») adlanacağıq».
Müxalifətçi bildirib ki, bu ad dünən «gizli şəraitdə» bəyənilib.
Bir müddət öncə Rusiyanın Ədliyyə Nazirliyi «Xalq birliyi» partiyasını siyasi təşkilatlar haqda qanunu pozduğu üçün bağlamışdı.
Siyasətçi Andrey Boqandovnu başçılığı ilə «Doğma Vətən» təşkilatının bazasında «Xalq birliyi» artıq nazirlik tərəfindən qeydə alınıb.