Rusiya müdafiə naziri İrəvanda
28 yanvar 2013 21:07 (UTC +04:00)

Rusiya müdafiə naziri İrəvanda

Rusiyanın müdafiə naziri Sergey Şoyqu yanvarın 28-30-da Ermənistan və Qazaxıstana səfərə çıxıb.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, nazirin mətbuat katibi Darya Zatulina səfər proqramı barəsində bunları bildirib: «Yanvarın 28-29-da nazir Ermənistanda səfər olacaq. O, erməni lirderi Serj Sarqsyan, eləcə də müdafiə naziri Seyran Ohanyanla görüşəcək».

 

Onun sözlərinə əsasən, tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektviini və mövcud şəraiti müzakirə edəcək.

 

Bundan başqa Şoyqu Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına baş çəkəcək.

 

Yanvarın 29-30-da isə rusiyalı nazir Qazaxıstana gedəcək.

 

Mənbənin bildirdiyinə görə, Sergey Şoyuq artıq İrəvandadır. Onu Ermənistan lideri S.Sarqsyan qəbul edib.

 

Ermənistan ordusunun yaranmasının 21-ci ildönümü münasibəti ilə keçirilən toplantıda Şoyuq Sarqsyana üzünü tutaraq, deyib: «Ermənilər arasında çoxlu dostlarım var. Sizdə seçki keçiriləcək. Mən siz uğurlar arzulayıram».

 

Ermənistan prezidenti öz növbəsində Şoyqunun səfərindən məmnun olduğunu, onun silahlı qüvvələr günü səfər etdiyinin önəmini vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1169
avatar

Oxşar yazılar