Rusiya İranın Xəzərdə neft axtarışına yardım etməyə hazırdır
09 fevral 2014 06:13 (UTC +04:00)

Rusiya İranın Xəzərdə neft axtarışına yardım etməyə hazırdır

Bir müddət öncə İranın neft naziri su hövzələri ərazisində, o cümlədən Xəzərdə neftlə bağlı maraqlarından imtina etmədiklərini bildirmişdi. Nazir onu da qeyd etmişdi ki, Xəzərdə neft yataqlarının axtarışında bir sıra problemləri var.

 

Lent.az-ın «RBK»-ya istinadən məlumatına görə, Rusiya və İran Xəzər dənizinin İran sektorunda neftin kəşfiyyatında əməkdaşlıq edə bilərlər. Bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan bildirib.

 

O, Rusiyanın neft şirkətlərinin İrandakı layihələrə maraq göstərdiyini qeyd edib.

 

Səfirin sözlərinə görə, əgər Xəzərdə neftin kəşfiyyatı iqtisadi baxımdan sərfəli olarsa, Rusiya bu sahədə İranla birgə əməkdaşlıq edə bilər.

 

Səfir əlavə edib ki, Rusiya müstəqil dövlətdir və Qərb ölkələrinin siyasətinə əməl etməməlidir.  

 

Caqaryan qeyd edib ki, Rusiya İranla ticarətin həcmini və əməkdaşlığı genişləndirmək niyyətindədir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 695
avatar

Oxşar yazılar