Rusiya hərbçiləri Hələbdə atəşkəsə nail olublar
14 dekabr 2016 00:03 (UTC +04:00)

Rusiya hərbçiləri Hələbdə atəşkəsə nail olublar

0

Rusiya hərbçiləri və yerli silahlı qruplaşmalar arasında təmaslardan sonra Hələbdə atəşkəsə dair razılaşma əldə olunub.  

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in sözçüsü Hüseyn Müftüoğlunun açıqlamasında bildirilir.

 

“Biz təsdiqləyə bilərik ki, Rusiya hərbçiləri və müxalifət qüvvələrinin nümayəndələri arasında danışıqlar nəticəsində şərqi Hələbdə atəşin dayandırılmasına dair razılaşma əldə olunub.  Söhbət birinci mərhələdə dinc sakinlərin, daha sonra isə silahlı müxalifətçilərin İdlib şəhəri istiqamətində təxliyəsindən gedir”, - deyə açıqlamada bildirilir.  

 

O, Hələbdə atəşkəsin əldə olunması və humanitar dəhlizlərin açılmasında Türkiyənin səylərini qeyd edib.  

 

Qeyd edək ki, bundan əvvəl Hələbin 98 faizinin Suriya ordusunun nəzarətində olduğu bildirilib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 411

Oxşar yazılar