Rusiya Ermənistana satdığı qazın qiymətini artırır
20 yanvar 2013 05:23 (UTC +04:00)

Rusiya Ermənistana satdığı qazın qiymətini artırır

 Rusiyanın Ermənistana satdığı qazın qiyməti ilə bağlı yekun qərar qəbul edilb. Erməni mətbuatının verdiyi məlumata görə, aprelin 1-dən "Qazprom"un 1000 kubmetr qazı Ermənsiatana 180 dollar əvəzinə, 240 dollara satılacaq. Bu barədə "Joxovurd" qəzeti məlumat yazıb.

"Bizim məlumatımıza görə, müvafiq razılaşma artıq hazırlanıb. Onun ancaq rəsmi dərci qalıb. Yəqin ki, o Ermənistandakı prezident seçkisindən sonra dərc ediləcək. Şayiələrə görə, qazın qiymətindəki artım bir müddət "ArmRosqazprom"un əlavə mənfəətinin hesabına yüngülləşdiriləcək. Seçkiidən bir ne,ə ay sonra isə qazın qiyməti istehlakçılar üçün də artacaq. Ermənistanın energetika naziri isə qazın tarif planında hələ konkretlik olmadığını iddia edir və danışıqların başa çatmadığını deyir".

Bu arada Ermənistan mətbuatı ölkənin energetika və təbii resurslar naziri Armen Mosisyanın postu ilə vidalaşacağı barədə məlumat yayıb. O, seçkidən sonra yeni hökumətin tərkibinə daxil edilməyəcək.

ANSPress

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828
avatar

Oxşar yazılar