Rusiya Arktikada neft hasilatına başlayıb
21 dekabr 2013 03:33 (UTC +04:00)

Rusiya Arktikada neft hasilatına başlayıb

Rusiyanın «Qazprom» netf-qaz şirkəti Arkitikada «Prirazlomnaya» şelfində neft hasilatına başlayıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu, Rusiyanı tarixində ilk layihədir.

 

Xatırladaq ki, «Grinpease» hərəkatının fəalları «Arctic Sinrise» gəmisində Arktikanın ekologiyasının qorunması aksiyası keçirdikləri üçün Rusiya tərəfindən həbs edilib. Onlar  2013-cü il sentyabrın 19-da Peçora dənizində «Prirazlomnaya» platformasında neft hasilatına qarşı aksiya keçirmişdilər.

 

Bu platforma Peçora dənizi sahilindən 60 km aralıdır. Orada 71,96 milyon ton neft ehtiyatı aşkar edilib. İldə 6 milyon ton hasilat nəzərdə  tutulub.

 

Dünya Vəhşi Təbiəti Müdafiə Təşkilatı Rusiyanı bu layihədə əl çəkməyə çağırıb. Qurum bildirib ki, fövqəladə hallara hazırlıq olmadığından Arktikada neft hasilatı risklidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687
avatar

Oxşar yazılar