Rusiya arağın reklamını yasaqladı
09 yanvar 2013 06:28 (UTC +04:00)

Rusiya arağın reklamını yasaqladı

2013-cü il yanvarın birindən, uyğun qanun qüvvəyə mindiyindən Rusiyada qəzet, jurnal və başqa kütləvi informasiya vasitəsində alkoqollu içkilərin reklam xarakterli informasiyanın yayılması yasaqlanıb.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, həmin qanuna əsasən, cari il yanvarın birindən etibarən spirtli içkilərin KİV, televiziya, radio, internet, reklam qurğuları, bütün növ nəqliyyat vasitələri, eləcə də uşaq baxçaları, təhsil və tibb müəssisələrinin yüz metrliyində reklamı qadağan olunub. Bununla da Rusiya ərazisində demək olar ki, spirtli içkilərin reklamı yasaqlandı.

 

Ölkədə ticarət obyektlərindən başqa yerlərdə alkoqollu içkilərin pərakəndə satışı da qadağan edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1060
avatar

Oxşar yazılar