Rusiya 2015-ci ildən Mərkəzi Asiya respublikaları ilə viza rejimi tətbiq edəcək.
APA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Ənvər Əzimov bildirib.
Onun sözlərinə görə, söhbət Özbəkistan və Tacikistana viza rejiminin tətbiqindən gedir. Ənvər Əzimov prezident Putinin bir müddət əvvəl bu təşəbbüslə çıxış etdiyini xatırladıb.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının bəzi deputatları da narkotrafkin miqyasını azaltmaq üçün Mərkəzi Asiya respublikaları ilə viza rejiminin tətbiqinə dair təkliflər səsləndiriblər.