APA-nın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Luşakeviç bildirib ki, məsləhətləşmələrin əsas mövzusu ABŞ aviabazasının “Manas” hərbi bazasında yerləşdirilməsinə dair müqavilənin 2014-cü ildə başa çatmasından sonra oranın beynəlxalq daşımaçılıq mərkəzinə çevrilməsi üçün Moskvanın Qırğızıstana yardım göstərməsidir.
A. Lukaşeviç Rusiya tərəfinin məsələni öyrənəndən sonra aeroportun modernləşdirilməsi istiqamətində gələcək birgə fəaliyyətə dair təkliflərini təqdim etməsi barədə razılıq əldə olunduğunu deyib, məsləhətləşmələrin davam etdiriləcəyini vurğulayıb.
Qeyd edək ki, Bişkekin “Manas” aeroportunda ABŞ hərbi bazası 2001-ci ildə yaradılıb.
Bura Əfqanıstandakı antiterror koalisiyası üçün yüklərin və canlı qüvvələrin daşınması üçün əsas bazadır. Qırğızıstan prezidenti Almazbek Atambayev 2014-cü ildə başa çatacaq müqavilənin müddətinin heç bir halda uzadılmayacağını bəyan edib.