Yanvarın 6-da Rumıniyanın Ali Məhkəməsi ölkənin keçmiş baş naziri Adrian Nestaseni korrupsiya və şantaj ittihamı ilə 4 il azadlıqdan məhrum edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, Çindən ixrac edilmiş 630 min avroya yaxın malı qanunsuz olaraq mənimsəməkdə suçlu bilinib.
A.Nestase istintaqda şahid qismində çıxış etmiş Rumıniyanın Honkonqdakı konsulunu təhdid etdiyi üçün şantajda ittiham olunub.
Ona görə də 2013-cü ildə vaxtından əvvəl şərti olaraq, sərbəst buraxılan keçmiş baş nazir yenidən həbsxanaya qayıdacaq.
Xanımı Dana Nestase də onunla əlbir olmaqda ittiham edilərək, 3 il şərti iş alıb.
A.Nestase 2001-2004-cü illərdə Rumıniya hökumətinin başçısı olub. 2006-cı ildə parlamentin sədri və Sosial-Demokrat Partiyasının rəhbəri vəzifələrini tərk edib.