Rumıniya Trayan Besesku ölkəsinin «B1» telekanalına müsahibəsində yenidən Moldovanın birləşməsindən danışıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, prezident deyib: «Rumıniya birləşməlidir ki, Moldova Respublikası Avropada öz inkişaf yolunu davam etdirə bilsin».
Besesku əminliklə bildirib ki, Prednestr münaqişəsi baxımından Moskva rəsmi Kişineuya təzyiq etməkdədir.
«Açar və düymə Kişineuda deyil, Moskvadadır. Biz Ukrayna və Ermənistanın başına gələnlərin şahidi olduq. Təcrübəli siyasətçi kimi Moldova Kommunist Partiyasının hakimiyyətə qayıdacağını nəzərə almaya bilmərəm. Əgər təzyiqlər çox güclü olsa, Rumıniya Moldovaya Avropa Birliyi yolunu təqdim etməlidir. Rumıniya vətəndaşlarının 70, Moldova vətəndaşlarının isə 30 faizi birləşmə tərəfdarıdır».
Onun sözlərinə əsasən, Moldova ilə Rumıniyanın birləşməsi rumın siyasi dairəsi çərçivəsində müzakirə edilməlidir.