Rumıniya diskriminasiyaya qarşı mübarizə Milli Şurası ölkə prezidenti Trayan Beseskunu 600 ley (185 dollar) məbləğində cərimələyib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib: «Qaraçılar işləməkdən qaçır və oğurluq edərək, yaşayır».
Mənbə bildirib ki, bu fikir ölkədən xaricdə deyildiyindən qurum öncə Beseskuya qarşı ölçü götürmək istəməyib. Ancaq Ali Məhkəmənin cərimə tətbiqində israr edib.
Xatırladaq ki, 2010-cu ildə RUmıniya prezidenti Sloveniyadakı konfransda bildirmişdi: «Çox az qaraçı işləmək istəyir. Ənənəvi olaraq, onlar oğurluğun hesabın yaşayır».
Məlumata əsasən, hazırda Rumıniyada 620 minə yaxın qaraçı yaşayır. Ancaq assimilyasiya olunmaqdan ehtiyatlanaraq, öz milli mənsubiyyətini gizlədənlərin də olduğu iddia edilir. Bu səbəbdən onların sayının daha çox olduğu ehtimal olunur.