Ruhanidən  Babək Zəncani açıqlaması
06 fevral 2014 21:11 (UTC +04:00)

Ruhanidən  Babək Zəncani açıqlaması

İran prezidenti Həsən Ruhani iş Adamı Babək Zəncaninin korrupsiya işi bağlı məsələyə münasibət bildirib.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, o, deyib: «Bu qədər neftin bir nəfər verilməsini başa düşməkdə çətinlik çəkirəm».

 

O, ölkə televiziyasında Rza Zərrabın iş ortağı Babək Zəncani ilə bağlı sualları cavablandırarkən bunları da  bildirib: «Rəqəm çox böyükdür. Bütövlükdə ölkənin bir aylıq gəlirinə bərabərdir».

 

«Zəncani niyə tutuldu» sualına Ruhani belə cavab verib: «Bu adam pulların bu bankda, o biri bankda olduğunu söyləyirdi. Bütün detalları araşdırdıqdan sonra onun yalan dediyini anladıq. Olayın doğru olmadığını biləndən sonra birinci müavinimdən korrupsiya məsələsinin üzərinə gedilməsini istədim».

 

Xatırladaq ki, Babək Zəncani Həsən Ruhaninin təlimatına uyğun olaraq, 2013-cü il dekabrın 30-da həbs olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1175
avatar

Oxşar yazılar