Ruhani İran səhiyyəsinə yardım istəyir
14 yanvar 2014 03:34 (UTC +04:00)

Ruhani İran səhiyyəsinə yardım istəyir

İran prezidenti Həsən Ruhani xarici şirkətləri ölkəsinə vaksin ixrac etməyə çağırıb.

Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, İslam Respublikasını hökumət başçısı Tehranda keçirilən 19-cu tibb festivalında bu bəyanatla çıxış edib.

O, qeyd edib ki, tibbi preparat çatışmazlığını aradan qaldırmaq məqsədi ilə başçılıq etdiyi hökumət bu yöndə tədbirlər həyata keçirir.

Son illər atom - nüvə problemi ilə bağlı İran hakimiyyətinə tətbiq edilən iqtisadi sanksiyalar tibb sahəsinə də öz təsirini göstərib. Ölkədə yalnız tibbi preparatları deyil, bu sahəyə dair avadanlıq çatışmazlığı da var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609
avatar

Oxşar yazılar