İran prezidenti Həsən Ruhani «altılıq»la yekun razılıq əldə etmək üçün keçiriləcək danışığa ölkəsinin hazır olduğunu deyib.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, hökumət başçısı bildirib: «Fevralın 18-də İranın nüvə proqramı üzrə əhatəli birgə razılıq əldə etmək üçün «5+1» qrupu ilə danışıqlara hazırıq. Biz ilk addımda olduğu kimi indidə bu məsələyə ciddi yanaşırıq».
İran prezidenti qeyd edib ki, ölkəsindəki nüvə obyektləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin üzün açıqdır.