Türkiyə ilə Suriya sərhədi yaxınlığında yerləşən Reyhanlıda baş vermiş partlayışın təşkilində şübhəli bilinən 33 nəfər, o cümlədən 2 suriyalı məhkəmə qarşısında duracaq.
Lent.az-ın «BBC»-yə istinadən xatırlamasına görə, bu qanlı olay nəticəsində 50-dən çox insan həlak olmuşdu.
Suriya ilə sərhəddə yerləşən Türkiyənin bu şəhəri son zamanlar qonşu dövlət ərazisindən qanla nəticələnən hücumlara məruz qalıb.
Bu basqınlara görə, rəsmi Ankara Dəməşqdəki rejimi suçlayıb. Reyhanlı həm də suriaylı qaçqınların yerləşdiyi əsas məntəqədir.
Baş nazir Rəcəb Tayyib Ərdoğan olaydan sonra bildirmişdi ki, bu sayaq partlayışlarla Türkiyəni qonşu dövlətlə savaşa sürükləmək istəyirlər.