ABŞ Respublikaçılar Partiyasının əsas hamisi, sponsoru multmilyader Harold Simmons 82 yaşında ölüb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, prezident Barak Obamanın yenidən seçilməsini əngəlləməyə cəhd göstərib.
Harold Simmons ABŞ varlıları arasında 40-cı yerdə olub. O, ölkədə ən böyük aptek şəbəkəsinin yaradıcısıdır.
Son illər o, nəhəng sərmayə layihələrinin gerçəkləşməsi ilə məşğul olub. Simmons respublikaçılar üçün on milyonlarla dollar ianə verib.