Rəfsəncaninin oğlu zaminə buraxılıb
18 dekabr 2012 07:11 (UTC +04:00)

Rəfsəncaninin oğlu zaminə buraxılıb

0

İranın sabiq prezidenti, Məsləhət Şurasının başçısı Haşimi - Rəfsəncaninin oğlu Mehdi Haşimi dekabrın 16-da girov qarşılığında zaminə buraxılıb.

Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, prokurorluq Mehdi Haşiminin sərbəst buraxılmasını istintaqın bitməsi ilə əsaslandırıb.

2009-cu ilin prezident seçkisi ərəfəsindəki debatların birində prezident Mahmud Əhmədinejad Haşimi - Rəfsəncanini və onun oğlanlarını dövlət əmlakını mənimsəməkdə günahlandırmışdı. Prezident seçkisinin rəsmi nəticələrinə etiraz aksiyaları keçiriləndə Mehdi Haşimi müxalifət tərəfdarlarına qoşulmuş sonra isə ölkəni tərk edərək, Britaniyaya sığınmışdı. 3 il mühacirətdə yaşadıqdan sonra 2012-ci il sentyabrın 24-də İrana qayıdan Mehdi Haşimi həmin günün səhəri Tehran prokurorluğuna çağırılaraq, həbs edilmişdi.

Onun bacısı Faizə Haşimi isə sentyabrın 22-də tutulub. Tehran məhkəməsi 2012-ci ilin yanvar ayında Faizə Haşimini 6 ay müddətinə azadlıqdan məhrum etsə də, o, həbsə salınmamışdı. Məhkəmə Faizə Haşimini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda və “yaşıl hərəkat”ı dəstəkləməkdə günahlandırmışdı.

Haşimi Rəfsəncani 1989-1997-ci illərdə İran İslam Respublikasının prezidenti olub.

Eyd edək ki, Ələkbər Haşimi-Rəfsəncani 1989-97-ci illərdə İran prezidenti olub. 2005-ci ilin prezident seçkisində isə indiki hökumət aşçısı Mahmud Əhmədinejad onu məğlub edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 771

Oxşar yazılar