Ramzan Kadırov feysbukdan imtina etdi
30 dekabr 2017 04:14 (UTC +04:00)

Ramzan Kadırov feysbukdan imtina etdi

Çeçenistan prezidenti Ramzan Kadırov “Facebook”dan istifadə etməyəcəyini bildirib.

 

Lent.az-ın “oxu.az”-a istinadən xəbərinə görə, bu barədə Ramzan Kadırov “Telegram”dakı açıqlamasında deyib.

 

“Bu barədə əvvəllər də bildirmişəm. Bir daha deyirəm ki, “Facebook”da mənim yerim yoxdur. Heç vaxt həmin şəbəkədən istifadə etməyəcəyəm. Adıma açılan “Facebook” səhifələri də saxtadır və mənimlə heç bir əlaqəsi yoxdur”, - deyə Ramzan Kadırov bildirib.

 

Ramzan Kadırov əlavə edib ki, onun adına açılan səhifə hansısa şirkətin mallarını reklam edirmiş. Bu barədə ona sonradan xəbər veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417
avatar

Oxşar yazılar