Rusiya Federasiyası Çeçenistan respublikasının prezidenti, Ramzan Kadırov Suriyada Əsəd rejiminə qarşı döyüşən və azərbaycanlıların da daxil olduğu “Ceyş al Muhacirin əl ansar” ın (“Mühacirlər ordusu”) komandiri Seyfullah Şuşaninin öldürülməsinin ardından onun haqqında danışıb. Lent.az-ın məlumatına görə, “İslahhaber” agentliyindəki xəbərdə Ramzan Kadırovun sosial şəbəkədə Seyfullah Şuşaninin xalqa zülm etdiyini söylədiyi bildirilir: "Suriyada vəhabilərin komandiri, şeytan Ruslan Maxalikaşvili (Seyfullah Şuşanini) məzlum xalqa zülm edib, insanları öldürüb, yağmalayıb. O, islamın müqəddəs məkanlarını yox edirdi”.
Qeyd edək ki, bir müddət bundan öncə Ramzan Kadırov Suriyada olan müxalif güclərin Çeçenistana müdaxilə edəcəyini və bunun qarşısını almaq üçün xüsusi qruplar yaratdıqlarını bəyan edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Suriyada Əsəd rejiminə qarşı döyüşən və azərbaycanlıların da daxil olduğu “Ceyş al Muhacirin əl ansar” ın (“Mühacirlər ordusu”) komandiri Seyfullah Şuşanınin öldürüldüyü xəbəri yayılıb. Şuşaninin Hələb həbsxanası yaxınlığında gedən döyüşlərdə öldürüldüyü bildirilir.
Ramzan Kadırov Suriyadakı azərbaycanlıların komandirindən danışdı
2357