Qızıl Xaç rəhbəri azərbaycanlıların Suriyada döyüşməsinə münasibət bildirib
24 yanvar 2014 12:21 (UTC +04:00)

Qızıl Xaç rəhbəri azərbaycanlıların Suriyada döyüşməsinə münasibət bildirib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran Suriyada döyüşlərdə 100-ə yaxın azərbaycanlının həlak olması barədə məlumatlara münasibət bildirib.


 

APA-nın verdiyi məlumata görə, D. Duran bu gün keçirdiyi mətbuat konfransında deyib ki, mediada bununla bağlı hesabatlar, məlumatlara rast gəlir: “Bilirik ki, bu insanlar Suriyada döyüşərdə iştirak edə bilərlər. Azərbaycanda bir ailə bizə müraciət edərək Suriyada olan ailə üzvü ilə əlaqə yaratmağa çalışdığını demişdi. Biz də Suriyadakı nümayəndəliyimizlə əlaqə saxlayaraq nə edə biləcəyimizi aydınlaşdırmağa çalışdıq”.

 

O bildirib ki, araşdırma nəticəsində məlum olub ki, Suriyada mühit çox mürəkkəbdir və ölkədə müxtəlif qruplardakı xarici ölkə vətəndaşları ilə əlaqə yaratmaq qeyri -mümkündür. Çünki Suriyada ərazi böyük, qruplar müxtəlif və çoxdur: “Suriyadakı nümayəndəlyimiz Suriya hakimiyyət orqanlarının saxlandığı iddia edilən 355 nəfərin siyahısını Suriya hakimiyyətinə təqldim edib. 355 insanın hamısı Suriya vətəndaşlarıdır, xaricilər deyil və aralarında azərbaycanlılar yoxdur. Təəssüf ki, xarici döyüşçülərin taleyinin aydınlaşdırılması ilə bağlı bizim Suriyada fəaliyyətimiz həddən artıq məhduddur. Biz tərəflərlə danışıqlar apararaq Suriyada müxtəlif ərazilərə daxil olmağı təmin etməyə çalışırıq. Bu yaxınlarda BQXK-nin rəhbəri də Suriyaya səfər edib və bu məsələni ən yüksək səviyyədə qadldırıb. Məqsədimiz döyüşlərdən zərər çəkən insanlara humanitar yardımı çatdırmaqdır, o zonalarda olan insanların ailələri ilə əlaqələrini təmin etməkdir. Təəssüf ki, Suriyadakı nümayəndəliyimiz xaricilərlə bağlı bu xidməti təklif edə bilmir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672
avatar

Oxşar yazılar