Qırğızlar yenə “istefa” deyir
18 dekabr 2013 17:50 (UTC +04:00)

Qırğızlar yenə “istefa” deyir

Qırğızıstanda prezident Almazbek Atambayevin istefaya göndərilməsi tələbi ilə 50 min imza yığılıb.


APA-nın “K-News” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Xalq-Vətənpərvərlər Hərəkatının lideri Nazarbek Nışanov deyib. O bildirib ki, ölkənin bütün vilayətlərində imza toplanması davam edir, ən çox imza cənub vilayətlərindən toplanıb. Ümumilikdə müxalifətçilər 300 min imza yığmağı planlaşdırır.   

 

Müxalifətçilər A. Atambayevi əvvəlki hakimiyyəti qeyri-konstitusion yolla devirməkdə, 2010-cu ilin yayında ölkənin cənubunda baş verən etnik münaqişədə, ölkə mənafeyinə ziddi müqavilələr imzalamaqda günahlandırır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623
avatar

Oxşar yazılar