Qırğızıstan məktəblilərinə «Valentin gününü» qeyd etmək yasaqlanıb
14 fevral 2014 06:15 (UTC +04:00)

Qırğızıstan məktəblilərinə «Valentin gününü» qeyd etmək yasaqlanıb

Qırğızıstanın cənubundakı Oş şəhərindəki məktəblərdə «müqəddəs Valentin» gününün qeyd edilməsi yasaqlaqlanıb.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda qərar şəhər təhsil idarəsi tərəfindən qəbul edilib.

 

Oş şəhər təhsil şöbəsinin müdiri Kutarbek Kimsanov bu günlə bağlı qadağanı belə əsaslandırı: «Belə bayramların keçirilməsi uşaqların mənəvi durumuna mənfi təsir edir və psixologiyası tam formalaşmayan şagirdlərin təsir altına düşməsinə səbəb olur».

 

«Valentin günün» əvəzində Oşdakı gənclər təşkilatı fevralın 15-də «Ailə bayramı» günü keçirilməsini təklif edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480
avatar

Oxşar yazılar