Qırğız yeməkləri "Ginnes"ə düşdü
Qırğız aşpazlarının hazırladıqları 1464 kiloqramlıq beşbarmaq və 117 metr uzunluğunda çuçuk (at ətindən kolbasa) Ginnesin Rekordlar Kitabına düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rekordlar Kitabının təşkilatçılarının Qırğızıstana göndərdikləri rəsmi məktubda məlumat verilir. Bildirilir ki, bunun üçün 9 at kəsilib, 150 litr tutumu olan 12 böyük qazan asılıb. Beşbarmaq və kolbasanın hazırlanmasına 700 kiloqram ət işlənib.
Hazırlanan yeməklər Qırğızıstandakı uşaq və qocalar evlərinə göndərilib.
306