İsrail hökuməti “HƏMAS”-la razılaşdırılmış 12 saatlıq atəşkəsin müddətinin uzadılması barədə təklifi dəstəkləyib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Qəzza zolağında müvəqqəti atəşkəs daha 4 saat uzadılıb. Əvvəlki 12 saatlıq atəşkəs sürəci bu gecə başa çatır.
Xatırladaq ki, bundan əvvəl 7 ölkə İsraillə “Həmas” hərəkatı arasında 12 saatlıq atəşkəsin uzadılması təşəbbüsü ilə çıxış ediblər.