Qərb dövlətlərinin vətəndaşlarına hücum təhlükəsi ilə bağlı Almaniya və Niderland hakimiyyətləri vətəndaşlarını Liviyanın Benqazi şəhərini tərk etməyə çağırıb.
Lent.az-ın məlumatına görə, bir müddət öncə, Britaniyanın Xarici İşlər Nazirliyi uyğun çağırışla vətəndaşlarına müraciət etmişdi.
Buna səbəb Fransa ordusunun Maliyə girməsi göstərilir və islamçı kimi tanınanların bölgəyə cavab hücumu edəcəyindən ehtiyatlanırlar.