Qazaxıstanda pulun devalvasiyasına qarşı aksiya keçirilib
16 fevral 2014 03:18 (UTC +04:00)

Qazaxıstanda pulun devalvasiyasına qarşı aksiya keçirilib

Qazaxıstana keçmiş paytaxtı Alma-Ata şəhərində etiraz mitinqi keçirilib.

 

Lent.az-ın «rbk»-ya istinadən məlumatına görə, onlar milli valyuta tengenin hökumət tərəfindən 19 faiz dəyərdən salınmasına, devalvasiyasına etiraz edib.

 

Aksiya iştirakçıları Respublika sarayının qarşısında, Abayın abidəsi önünə toplaşıb.

 

Polis dəmir manelərlə meydanı mühasirəyə alıb. Onların ardınca şəhər kommunal idarəsinin işçiləri ora qarı təmizləməyə gedib.

 

Bununla belə etirazçıların aksiyasına əngəl yaradılmayıb. Onlar meydanın «Dostluq» prospektinə çıxaraq, yürüş edib. Aksiyaçılar qiymətlərin bahalanmasından, kreditləri vaxtında ödəyə bilməyəcəklərindən ehtiyatlandıqlarını bildiriblər.

 

Yürüşçülər Respublika meydanınadək irəlilədikdən sonra polis və xüsusi təyinatlılar onların qarşısını alıb.

 

Etiraz aksiyaçılarının arasında ölkənin tanınmış şəxsləri də olub.

 

Mənbə bildirib ki, polis onlarla etirazçının həbs edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739
avatar

Oxşar yazılar