Qazaxıstanla milli valyuta, tengenin hakimiyyət tərəfindən dəyərdən salınması ölkədə bahalaşmaya səbəb olub.
Ölkədə tengenin devalvasiysı ilə əlaqədar olaraq, rəsmi Astana qaz tədarükü müqavilələrinə yenidən baxmaq niyyətindədir.
«Məsələ burasındadır ki, qaz müqavilələrinin bir hissəsi təngə, bir hissəsi isə dollarla imzalanıb. Başqa sözlə müqavilə imzalanan başqa tərəflərlə hazırda danışıqlar gedir» -deyə, Uzakbay Karabalin Astanada jurnalistlərə bildirib.
O, əlavə edib: «KazTransQaz», «KazMunayQaz» və biz (Dövlət Neft Qaz şirkəti- red.) tərəfdaşlarımızla müqavilələr dəyişiklik məsələsini müzakirə edəcəyik. Qiymətlər tədarükçülərin istəyinə uyğun olaraq tənzimlənəcək. Bizim müqavilələrin 60-7- faizi dollara ekvivalentdir».