Qazaxıstan sərhəd xidməti akademiyasının rəisi intihar edib?
31 yanvar 2013 22:04 (UTC +04:00)

Qazaxıstan sərhəd xidməti akademiyasının rəisi intihar edib?

 

 

Qazaxıstan Dövlət Təhlükəsizlik Komitəsi Sərhəd Akademiyasının rəisi Talqat Yesetovun ölüsü  iş kabinetində  aşkarlanıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Respublikanın mərkəzi rabitə xidməti bildirib ki, Yesetovun cəsədi yerli vaxtla saat 20-da xidməti kabinetində güllə yarası ilə aşkarlanıb. İlkin ehtimala əsasən, o, intihar edib.

Hazırda hərbi prokurorluğun başçılığı ilə əməliyyat-axtarış qrupu olay yerində araşdırma aparır.


T.Yesetov 2009-cu ildən bu vəzifədə çalışırmış. Bu vəzifəyə təyin olunanadək o, Qazaxıstan bölgələrindən birində  sərhəd xidməti idarəsinə başçılıq edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855
avatar

Oxşar yazılar