Qazaxıstanın prezidenti Nursultan Nazarbayev ölkənin qərbinə, Atırau vilayətinə səfəri zamanı bildirib ki, Qazaxıstan Respublikasının adı «Qazax eli»-nə dəyişə bilər.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, prezident deyib: «Orta Asiyanın başqa dövlətləri kimi ölkəmizin də adının sonunda «stan» sonluğu var. Əcnəbilərin maraq göstərdiyi və əhalisinin sayı 2 milyon olan Monqol Ulusu adının sonundakı «stanı» götürdü. Odur ki, biz də zaman-zaman «Qazax eli» adına keçmək məsələsinə baxacağıq. Ancaq öncə bunu xalqla müzakirə etməliyik».