Qazaxıstan Milli Bankının başçısı Kayrat Kelimbetov tengenin təkrar devalvasiyası olmayacağına söz verib.
Lent.az-ın «İnterfaks-Kazaxıstan»-a istinadən məlumatına görə, fevralın 12-də Astanada keçirdiyi mətbuat konfransında o, deyib: «Mən hamını sakitləşdirmək üçün bildirirəm ki, təkrar devalvasiya olmayacaq».
Xatırladaq ki. Fevralın 11-də Qazaxıstan hökuməti Milli valyuta tengeni 19 faiz dəyərdən salıb. Bu tarixi ölkə vətəndaşları «qara çərşənbə axşamı» adlandırır.