Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2025-ci ildə ölkəsinin latın yazısına keçəcəyini bildirib.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, o, bu məsələyə «Strategiya- «Qazaxıstan-2050» dövlətin yeni siyasi kursu» adlı xalqa müraciətində toxunub.
«Bu nəinki qazax dilinin inkişafına yardım edəcək, hətta onu çağdaş informasiya dilinə çevirəcək»-deyə, Qazaxıstan lideri əlifbanın dəyişməsi ilə bağlı məsələni belə dəyərləndirib.
Ölkədə latın yazısına keçmək məsələsi dəfələrlə müzakirə edilib. Onun önəmi haqda hakimiyyət təmsilçiləri fikir bildiriblər. 2011-ci ildə ölkənin mədəniyyət naziri Muxtar Qulməhhəməd parlamentdə çıxışında bildirmişdi:«Respublikanın latın yazısına keçməsi zamanın tələbi, cəmiyyətimizin üçü rasional addımdır».
Prezidenti müşaviri Ərməhəmməd Ərdosbayev indiki əlifbadan imtinanı belə əsaslandırıb: «Qloballaşmanı eləcə də Qazaxıstanın beynəlxalq təmaslarının intensivləşdiyini nəzərə alaraq, qazax dilinin latın yazısına keçməsini sürtələndirməliyik. 200 milyonluq türkdilli auditoriyamız var. Türk dünyasının latın yazısına keçməsi baxımından da bu vacibdir».