Omskda qara qar yağıb. Bu qeyri-adi təbiət hadisəsi ilə bağlı fevralın 8-də yerli əhali məlumat verib.
APA TV-nin məlumatına görə, Rusiya ekologiya idarəsinin əməkdaşları çirklənmənin başvermə səbəblərini araşdırmaq üçün hadisə yerinə gediblər. Qardan götürülən nümunələr ekspertizaya göndərilib.
Bu hadisə Omskda birinci dəfə deyil. 2012-ci ildə də analoji hadisə baş verib. Bu əraziyə iki dəfə qara qar yağıb. O zaman bunun səbəbinin soyuq vaxtı maksimum gücü ilə işləyən istilik elektrik stansiyasının tullantılarının olduğu bildirilmişdi.