Britaniyanın miqrasiya üzrə naziri Mark Harper tutduğu vəzifədən istefa verib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda İngiltərədə çıxan «Qardian» qəzeti xəbər yayıb.
Mənbə bildirib ki, evində qanunsuz xidmətçi miqrant saxladığı üçün nazir işini itirib.
Baş nazir Devid Kemeronun administrasiyası isə qeyd edib ki, Harper evində qanunsuz mühacirin işləməsindən xəbərsiz olub: «Həmin qadın xidmətçi kimi işə düzələrkən, saxta sənəd təqdim edib».
Qurum qeyd edib ki, D.Kemeron nazirin istefa ərizəsini «təəssüflə» qəbul edib.
Harper «evinizə gedin, yaxud həbsinizi gözləyin» («go home or face arrest») tezisi altında ziddiyyətli kampaniyanın təşəbbüskarıdır.
Nazirin gələcək planları barədə məlumat verilməyib.